Əsl qadınlığın 4 mərhələsi

Bilicilər əsl qadınlığa gedən yolu 4 qovşağa bölüblər. Əgər bu qovşaqlar bir yolun başında birləşsə, onda mükəmməl qadın anlayışı sadəcə kitablarda qalmaz, gerçəkləşər. Amma bəri başdan deyim ki, qeyd etdiyim bilicilər də kişilərdir: onlar qadından hər şeyin yüzdə yüz olmasını istəyər, lakin özləri bunun 50 faizini etsələr, möcüzə baş vermiş olar. İstənilən halda tövsiyələrində həqiqət payı var. Ən azından, yaxşılığa doğru dəyişiklik hansı qadına ziyan edər ki? Elə isə bilicilərin “qadınlıq bölgüsü”nə nəzər salaq.

1. Fiziki mərhələ. Qadın olmağın ilk yolu fiziki mərhələdir. Yəni əvvəla əsl qadın kimi görünməlisən ki, daxilini də ona görə tənzimləyəsən. Ən əsası geyim, davranış, münasibət, danışıq, yeriş bu fiziki mərhələnin təməl daşıdır. Nahaq deməyiblər ki, geyim insanın daxilinin aynasıdır. İnsan həyat tərzinə, tərbiyəsinə əsasən geyinir. Təbii ki vulqar geyimli qadından yüksək qadınlıq mücəssiməsi gözləmək olmaz.
Davamı →

Qadınlar niyə həssasdır?

Sual: Niyə bu qədər həssas və duyarlı olmuşam? Bu həssaslıq nədən yaranıb, hardan qaynaqlanır? Bunu paylaşmaq mümkündürmü?

Oşo: Bütün uşaqlar həssas doğular, olduqca həssas. Lakin, toplum, dünyada həssas insanların olmağını istəməz. O, daş ürəkli insanlar istəyir. O, işçilər istəyir, əsgərlər istəyir. O, ürəyini gözardı edən hər cür “sərt” insanı istəyir. Toplum, professorlar istəyir, intellektuallar istəyir, elm adamları istəyir. Onlar ürəkləri haqqında, öz həssaslıqları haqqında heç nə bilməyənlərdir. Əgər, duyarlı və həssassınızsa, bu, şükür etməli bir şeydir. Bəlkə də, qadın duyarlı və həssas olmaqda kişidən daha bacarıqlıdır. Çünki, qadın əsgər olmayacaq, ondan insanları öldürməsi gözlənilməyəcəkdir. Bir qadın kişidən daha həssasdır. Çünki, toplum, onu önəmli olan hər məsələdən kənar etmişdir, bəlkə də gözardı etmişdir. Beləliklə, şükür ki, kişi canavara çevrilərkən, qadın hələ insan olaraq qala bilmişdir.

Davamı →

Şərab kimi qadınlar

Bu yaxınlarda facebookda dostlardan birinin paylaşdığı şəkillər və bu şəkillər ətrafındakı müzakirəmiz məni çox düşündürdü. Şəkilləri bəlkə də çoxu bəyənməyəcək, nə bilim bizim mentalitetə uyğun «nənələr» deyil deyəcəksiz, ya da üzlərində boya çoxdu və s.

Çox təəssüf ki, məndə də bu mühakimə var. Ta uşaqlığımdan bəri fikirlərimə hopturulmuş nənə, bacı, bibi, xala, ana obrazı var. Hər birinin də mütləq şəkildə, hər kəsə bəlli cavab verməli olduğu tələblər var. 

Maraqlı olan odu ki, gündəlik həyatda, ən çox da ictimai nəqliyyatda rastlaşdığım xalalar, nənələrin əksəriyyəti həddən artıq kök, lap belə çirkin şəkildə deyim tərli, bığlı olması heç kimdə təəccüb doğurmur, çox normal hal kimi qəbul edilir, amma hansısa yaşlı nənənin bəzəkli-düzəkli, baxımlı olması qəbul edilmir. O saat ətrafdakıların üzündə əyilmə halları müşhidə edilir.
Ardı →